Elektrik - Çilingər
Kartaş LTD (Mr.Fix)Electrician job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 20, 2026
- Views
- 689
- Applications
- 35
- Apply before
- December 20, 2026
- Category
- Engineering & Technical
About this job
Kartaş LTD (Mr.Fix) is hiring an electrician in Baku. Full-time. Apply directly to the employer.
İş şəraiti
- Bölmə: Təmir və baxım
- İş yeri: Xırdalan, Bakı
- İş rejimi: Həftədə 6 gün (bazar günü istirahət)
- Vakant yer: 1 nəfər
Vəzifə öhdəlikləri:
- İstehsalat avadanlıqlarının, nasos və klapan sistemlərinin fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək
- Elektrik xətləri, idarəetmə panelləri, mühərriklər, sensor və avtomatika elementlərinin sazlığına nəzarət etmək
- Elektrik və mexaniki nasazlıqları operativ aşkar edib aradan qaldırmaq
- Planlı profilaktik təmir-baxım (PPR) işlərini vaxtında aparmaq, ehtiyat hissələrini dəyişmək
- Texniki təhlükəsizlik, elektrik təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət etmək
Namizədə tələblər:
- Sahə üzrə 3–5 il iş təcrübəsi
- Sənaye elektrik avadanlıqlarını, elektrik sxemlərini, tezlik çeviricilərini (inverter) və idarəetmə şkaflarını bilmək
- Multimetr, meqometr kimi ölçü-nəzarət cihazlarından və çilingər alətlərindən peşəkar istifadə etmək
- Texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və 1000 V-a qədər elektrik qurğularında iş qaydalarını bilmək
- Məsuliyyətli və diqqətli olmaq, nasazlıqları tez həll edə bilmək, komandada intizamla işləmək
Üstünlük verilir:
- İstehsalat müəssisəsində iş təcrübəsi
- Elektrik təhlükəsizliyi üzrə buraxılış vəsiqəsi (qrupu)
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində “Elektrik-Çilingər” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.