Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Satınalma üzrə aparıcı mütəxəssis

Facility Management GroupBakıda satınalma üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Orta maaş: 1 000 AZN

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
23 noyabr 2026
Baxış
649
Müraciət
50
Son müraciət tarixi
23 dekabr 2026

Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə iş elanları

Vakansiya haqqında

Facility Management Group Bakıda satınalma üzrə mütəxəssis axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.

Təsvir:

  • Biz yaşayış kompleksləri, biznes mərkəzləri, ticarət mərkəzləri və digər daşınmaz əmlak aktivlərinin idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biriyik. Satınalma proseslərinin səmərəli və şəffaf şəkildə təşkilini və icrasını təmin edəcək Satınalma üzrə aparıcı mütəxəssis axtarırıq.
  • Bu rol daxili və xarici bazarlarda satınalma proseslərinin planlaşdırılmasına, tender və qiymət sorğularının təşkilinə, bazar araşdırmalarının aparılmasına, təchizatçıların seçimi və qiymətləndirilməsinə, eləcə də satınalma fəaliyyətinin daxili prosedurlara uyğunluğuna nəzarət edilməsinə cavabdeh olacaq.
  • Bu vəzifədə uğur qazanmaq üçün satınalma və danışıqlar aparma bacarıqlarını praktiki əməliyyatlara tətbiq etmək, prosesləri başlanğıcdan yekun nəticəyədək müstəqil idarə etmək, xərcləri optimallaşdırmaq və nəticələrə görə məsuliyyət daşımaq bacarığı əsasdır.

Əsas öhdəliklər:

Satınalma proseslərinin planlaşdırılması və təşkili

  • Daxili və xarici bazarlarda satınalma proseslərini planlaşdırmaq, təşkil etmək və koordinasiya etmək.
  • Tender və qiymət sorğusu (RFQ/RFP) proseslərinin şirkətin daxili prosedurlarına uyğun təşkilini təmin etmək.
  • Bazar araşdırmaları aparmaq, qiymətləri təhlil etmək və şirkət üçün optimal satınalma təklifləri hazırlamaq.

Təchizatçılarla iş və icraya nəzarət

  • Təchizatçılarla danışıqlar aparmaq, kommersiya şərtlərini müzakirə etmək və uzunmüddətli əməkdaşlıq münasibətlərini idarə etmək.
  • Satınalma sifarişlərinin keyfiyyət, kəmiyyət, qiymət, çatdırılma müddəti və xidmət meyarlarına uyğun icrasına nəzarət etmək.
  • Satınalma şərtlərinin və müqavilə öhdəliklərinin vaxtında və tam icrasını izləmək.

Sənədləşmə, hesabatlılıq və proseslərin optimallaşdırılması

  • Satınalma sənədlərinin düzgün hazırlanmasını və aidiyyəti struktur bölmələrlə koordinasiyasını təmin etmək.
  • Satınalma fəaliyyəti üzrə hesabatlar hazırlamaq, nəticələri təhlil etmək və təkmilləşdirmə təklifləri vermək.
  • Satınalma proseslərinin səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması üzrə təşəbbüslərdə fəal iştirak etmək.

Tələblər

  • İqtisadiyyat, idarəetmə və ya digər müvafiq sahə üzrə ali təhsil;
  • Satınalma sahədsində minimum 5 il iş təcrübəsi;
  • Satınalma proseslərinin təşkili və təchizatçıların idarə olunması üzrə praktiki təcrübə;
  • Tender, qiymət sorğusu və kommersiya təkliflərinin qiymətləndirilməsi üzrə biliklər;
  • Bazar araşdırması, qiymət analizi və xərclərin optimallaşdırılması bacarığı;
  • Təchizatçılarla effektiv danışıqlar aparmaq və kommersiya şərtlərini qiymətləndirmək səriştəsi;
  • Microsoft Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
  • Güclü analitik düşüncə, planlama və problem həll etmə bacarığı;
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma;
  • Komanda ilə işləmək və prosesləri koordinasiya etmək bacarığı.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Peşəkar inkişaf imkanları və müvafiq sertifikatların əldə olunmasına dəstək
  • Rəqabətli əməkhaqqı və bonus
  • Geniş təminatlı tibbi sığorta
  • Korporativ loyallıq proqramına üzvlük

Maraqlanan namizədlərMüraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Facility Management Group şirkətinin digər vakansiyaları

Facility Management Group vakansiyaları

Facility Management Group haqqında

Aktiv vakansiya
6
Son 6 ayda
16
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • memar
  • koordinator
  • texniki dəstək üzrə mütəxəssis
  • satınalma üzrə mütəxəssis
  • vergi üzrə mütəxəssis

Facility Management Group vakansiyaları: hazırda GoJob-da 6 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən memar, koordinator, texniki dəstək üzrə mütəxəssis, satınalma üzrə mütəxəssis və vergi üzrə mütəxəssis vəzifələrinə işçi axtarır. Son 6 ayda Facility Management Group şirkətində iş üçün 16 vakansiya dərc olunub. Facility Management Group işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

Facility Management Group: bütün vakansiyalar (6)

«Satınalma üzrə aparıcı mütəxəssis» vakansiyası haqqında suallar

Maaş nə qədərdir?

GoJob-da Bakıda satınalma üzrə mütəxəssis vakansiyalarında orta maaş 1 000 AZN-dir (son 3 ayda 27 vakansiya). Vakansiyada maaş göstərilməyib; Bakıda satınalma üzrə mütəxəssis vakansiyalarında adətən 800–1 500 AZN təklif olunur.

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.