Əsas məzmuna keç
GoJob

Metal Konstruksiya üzrə Formen

CaspensolBakıda formen vakansiyası

Maaş: 2.200 ₼-dən / ay

Yerləşmə
Bakı, Səbail
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
2 noyabr 2026
Son müraciət tarixi
2 dekabr 2026

Bakı şəhərində Tikinti və Daşınmaz Əmlak üzrə vakansiyalar

Vakansiya haqqında

Caspensol Bakının Səbail rayonunda formen axtarır. Tam ştat, maaş 2 200 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • İş yeri: Ağdam
  • Əmək haqqı: 2200 AZN
  • Layihənin müddəti: Minimum 1 ay, layihə uzun müddət davam edə bilər.

Şirkət tərəfindən təmin olunur:

  • Yaşayış yeri şirkət tərəfindən təmin edilir.
  • Gündə 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanır.

Vəzifə öhdəlikləri:

  • Metal konstruksiya işlərinin gündəlik təşkilini və idarə olunmasını təmin etmək;
  • İşçilər arasında iş bölgüsünü aparmaq və iş prosesinə nəzarət etmək;
  • Metal konstruksiyaların quraşdırılması və montaj işlərinin layihəyə uyğun icrasına nəzarət etmək;
  • İşlərin keyfiyyətini və texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək;
  • İş qrafikinə və layihənin icra müddətinə nəzarət etmək;
  • Material və avadanlıqlardan düzgün istifadə olunmasına nəzarət etmək;
  • Gündəlik görülən işlər barədə rəhbərliyə məlumat vermək.

Namizədə tələblər:

  • Metal konstruksiya sahəsində iş təcrübəsi;
  • Formen vəzifəsində idarəçilik təcrübəsi;
  • İşçilərlə düzgün ünsiyyət və komanda idarəetmə bacarığı;
  • Məsuliyyətli və intizamlı olmaq;
  • İş prosesini müstəqil təşkil etmək bacarığı.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu bölməsində “Formen – Ağdam”qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar