Əsas məzmuna keç
GoJob

Smeta və tender üzrə mühəndis

Cronos ConstructionBakıda smeta və tender üzrə mühəndis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
30 oktyabr 2026
Son müraciət tarixi
29 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Cronos Construction Bakının Nərimanov rayonunda «Smeta və tender üzrə mühəndis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Tikinti layihələrinin memarlıq, mexaniki və elektrik cizgilərini təhlil etmək;
  • Layihələr üzrə iş həcmlərini hesablamaq və BOQ hazırlamaq;
  • İlkin və detallı smeta sənədlərini tərtib etmək;
  • Material, əmək və mexanizm xərclərini hesablamaq;
  • Tikinti materialları və işlər üzrə bazar qiymətlərini araşdırmaq;
  • Tender sənədlərini və kommersiya təkliflərini hazırlamaq;
  • Subpodratçı və təchizatçılardan qiymət təklifləri toplamaq və müqayisə etmək;
  • Tender təkliflərinin texniki və maliyyə təhlilini aparmaq;
  • Layihələr üzrə faktiki və planlaşdırılmış iş həcmlərini müqayisə etmək;
  • Əlavə və dəyişiklik işlərinin (Variation Order) həcmini və dəyərini hesablamaq;
  • Layihələrin maya dəyərinə və büdcəsinə nəzarət etmək;
  • Aylıq hesabatları hazırlamaq və texniki şöbə rəhbərinə təqdim etmək.

Namizədə əsas tələblər:

  • Ali təhsil (İnşaat mühəndisliyi və ya tikinti iqtisadiyyatı);
  • Minimum 3 il müvafiq sahə üzrə iş təcrübəsi;
  • BOQ və smeta hazırlamaq bacarığı;
  • AutoCAD və MS Excel proqramları üzrə biliklər;
  • Tender və qiymət analizi sahəsində təcrübə;
  • Layihə cizgilərini oxumaq və təhlil etmək bacarığı;
  • Analitik düşünmə, dəqiqlik və məsuliyyətlilik.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş saatları: 09:00–18:00;
  • Rəqabətli əmək haqqı;
  • Rəsmi əmək müqaviləsi.

CV-lərinizi WhatsApp vasitəsilə +994 50 200 81 00 nömrəsinə göndərməyiniz xahiş olunur. Müraciət zamanı vakansiyanın adını – “Smeta və tender üzrə mühəndis” qeyd etməyiniz vacibdir.

Cronos Construction şirkətinin digər vakansiyaları

Cronos Construction vakansiyaları