Əsas məzmuna keç
GoJob

Geodeziya üzrə mühəndis

Avant ConstructionBakıda geodeziya üzrə mühəndis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
15 oktyabr 2026
Son müraciət tarixi
14 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Avant Construction Bakıda «Geodeziya üzrə mühəndis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə funksiyaları:

  • Tikinti sahəsində topoqrafik-geodezik işlərin təşkili və icrasını təmin etmək;
  • Layihə üzrə verilmiş koordinat və hündürlük sistemlərinin öyrənilməsi və sahədə tətbiqini təmin etmək;
  • Geodezik reperlərin, koordinat və yüksəklik nöqtələrinin qəbulunu, yoxlanılmasını və qorunmasını təmin etmək;
  • Tikinti işləri üzrə oxların, koordinatların və yüksəklik nişanlarının sahəyə çıxarılmasını həyata keçirmək;
  • Bina və qurğuların, konstruktiv elementlərin, yolların və digər tikinti elementlərinin layihə üzrə yerləşmə vəziyyətini yoxlamaq;
  • Təməl, svay, kolon, divar, döşəmə və digər konstruksiyaların geodezik ölçmə və nişanlama işlərini aparmaq;
  • Tikinti işlərinin layihə koordinatlarına və hündürlük göstəricilərinə uyğunluğuna nəzarət etmək;
  • İcra olunmuş işlər üzrə faktiki ölçmələri aparmaq və icraedici geodezik sxemlərin hazırlanmasını təmin etmək;
  • Yerinə yetirilmiş işlərin layihə göstəricilərindən kənarlaşmalarını müəyyən etmək və nəticələri aidiyyəti şəxslərə təqdim etmək;
  • Total station, GPS/GNSS, nivelir və digər geodezik cihazlardan düzgün istifadə etmək və onların işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Geodezik cihazların kalibrlənməsi və texniki yoxlamalarının vaxtında aparılmasına nəzarət etmək;
  • Podratçı və subpodratçıların geodezik işlərini koordinasiya etmək və yoxlamaq;
  • Layihə, tikinti və dizayn komandaları ilə koordinasiyalı şəkildə işləmək;
  • Sahədə yaranan koordinat, ölçü və hündürlük uyğunsuzluqlarının araşdırılmasında iştirak etmək;
  • Geodezik ölçmə nəticələrinin elektron və kağız formatda düzgün qeydiyyatını və arxivləşdirilməsini təmin etmək;
  • Gündəlik və həftəlik görülmüş geodezik işlər üzrə hesabatlar hazırlamaq;
  • İşlərin əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə uyğun icrasını təmin etmək.

Vəzifəyə olan tələblər: 

  • Təhsil: Ali (Geodeziya, topoqrafiya, geomatika və ya əlaqədar sahə).
  • İş Təcrübəsi: Tikinti layihələrində topoqraf/geodeziya mühəndisi üzrə minimum 2-3 illik təcrübəsi
  • Total station, GPS, nivelir cihazlarının mükəmməl idarə olunması.
  • Çertyoj və layihə sənədlərini oxuma və koordinat sistemləri ilə işləmə bacarığı;
  • Ölçmə nəticələrinin təhlili və hesabatların hazırlanması bacarığı
  • AutoCAD və digər geodeziya proqramlarında işləmə bacarığı (Civil 3D, NetCAD üstünlükdür).
  • Dəqiqlik, məsuliyyət, analitik düşünmə qabiliyyəti.
  • Sahə şəraitində işləməyə uyğunluq və komanda ilə işləmə bacarığı.

İş Şəraiti:

  • İş qrafiki: 6 gün
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək Haqqı: Namizədin bilik və bacarıqlarına uyğun 

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Geodiziya muhendisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Avant Construction şirkətinin digər vakansiyaları

Avant Construction vakansiyaları