Əsas məzmuna keç
GoJob

Mühəndis konstruktor

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)Bakıda layihə mühəndisi vakansiyası

Maaş: 1.500 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
22 oktyabr 2026
Son müraciət tarixi
21 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) Bakıda layihə mühəndisi axtarır. Tam ştat, maaş 1 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)

Vəzifə öhdəlikləri:

  • İşçi cizgilərin və texniki sənədlərin AzDTN, SniP kimi norma və qaydalara uyğun yoxlanılması;
  • Texniki hesabatların, spesifikasiyaların və iş həcmlərinin yoxlanılması;
  • Tikinti-quraşdırma işlərinin layihə həllərinə uyğunluğunun texniki nəzarət çərçivəsində yoxlanılması;
  • Memarlıq və digər mühəndislik bölmələri ilə koordinasiya;
  • Tikinti sahəsində ölçülərin və konstruktiv elementlərin layihəyə uyğunluğunu yoxlamaq;
  • Texniki problemlərin operativ həlli və təkliflərin verilməsi.

Namizədə tələblər:

  • İnşaat mühəndisliyi sahəsində ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi; 
  • İnşaat norma və qaydalarını bilməli;
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməli;
  • AutoCad proqramında işləmə bacarığı (Lira-Sapr arzuolunandır);
  • Komandada işləmə bacarığı.

Təklif olunur:

  • Stabil əmək haqqı (müsahibə əsasında 1500-2000 AZN);
  • Peşəkar inkişaf;
  • Dövlət layihələrində iştirak etmək imkanı.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Konstruktor” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) şirkətinin digər vakansiyaları

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) vakansiyaları