Əsas məzmuna keç
GoJob

Smeta mühəndisi

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)Bakıda smetaçı vakansiyası

Maaş: 1.500 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
22 oktyabr 2026
Son müraciət tarixi
21 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) Bakıda smetaçı axtarır. Tam ştat, maaş 1 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)

Vəzifə öhdəlikləri: 

  • Layihə-smeta sənədlərinin yoxlanılması;
  • Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Layihə-smeta sənədlərinin ekspertizadan keçirilməsi və yaranmış iradların operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi; 
  • Layihəyə uyğun olaraq iş həcmlərinin yoxlanılması;
  • Tikinti materiallarının, avadanlıqların və məmulatların cari bazar qiymətlərinin təhlil edilməsi, qiymətləndirilməsi və smeta dəyərinə uyğunluğunun yoxlanılması;
  • Layihə icrası zamanı faktiki dəyişikliklərə əsasən smeta sənədlərinin yenilənməsi;
  • İcraçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
  • Smeta sənədləri əsasında iş həcmləri (BOQ) cədvəllərinin hazırlanması;
  • Smeta və xərclər üzrə zəruri təhlillərin aparılması.

Namizədə tələblər: 

  • İnşaat mühəndisliyi və ya tikintinin-iqtisadiyyatı ixtisası üzrə ali təhsil; 
  • Müvafiq sahə üzrə (smeta mühəndisliyi sahəsində) ən azı 3–5 il iş təcrübəsi; 
  • Tikinti norma və qaydalarını (AzDTN, SNİP və s.), smeta hazırlanma qaydalarını bilməli; 
  • AutoCAD, MS Office (xüsusilə peşəkar səviyyədə Excel) və dövlət smeta proqramında (e-semta.ttnd.az) sərbəst işləmək bacarığı; 
  • İnşaat prossesi haqqında biliklər, analitik düşüncə, yüksək məsuliyyət və sənəd intizamı.

Təklif olunur: 

  • Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
  • Peşəkar inkişaf;
  • Dövlət layihələrində iştirak etmək imkanı

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Smeta mühəndisi” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) şirkətinin digər vakansiyaları

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) vakansiyaları