Əsas məzmuna keç
GoJob

Satınalma üzrə mütəxəssis (Dövlət satınalmaları)

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)Bakıda satınalma üzrə mütəxəssis vakansiyası

Maaş: 1.500 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
22 oktyabr 2026
Son müraciət tarixi
21 noyabr 2026

Bakı şəhərində Logistika və Nəqliyyat üzrə vakansiyalar

Vakansiya haqqında

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) Bakıda satınalma üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 1 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

 İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununa və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq dövlət satınalmalarının təşkili və həyata keçirilməsi prosesində iştirak etmək;
  • İllik satınalma planının hazırlanması üçün struktur bölmələrdən daxil olan mal, iş və xidmətlərə dair tələbatların toplanmasında, sistemləşdirilməsində və təhlilində iştirak etmək;
  • Satınalma prosedurları üzrə elanların, şərtlər toplusunun, texniki tapşırıqların və digər zəruri sənədlərin hazırlanmasında iştirak etmək;
  • Satınalma predmetlərinin ehtimal olunan qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə bazar araşdırmalarının aparılmasında, qiymət təkliflərinin toplanmasında və müqayisəli təhlilində iştirak etmək;
  • Dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə satınalma prosedurları üzrə sənədlərin yerləşdirilməsi, məlumatların daxil edilməsi və müvafiq əməliyyatların həyata keçirilməsini təmin etmək;
  • Satınalma prosedurlarında iştirak edən təchizatçıların təqdim etdikləri sənədlərin tamlığını, düzgünlüyünü və qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğunu ilkin qaydada yoxlamaq;
  • Satınalma komissiyasının fəaliyyəti ilə bağlı sənədlərin, iclas protokollarının və digər materialların hazırlanmasında və rəsmiləşdirilməsində iştirak etmək;
  • Satınalma prosedurları üzrə daxil olan sorğuların qeydə alınmasını və aidiyyəti struktur bölmələrlə əlaqələndirilməklə cavablandırılması üçün zəruri məlumatların hazırlanmasını təmin etmək;
  •  Satınalma prosedurlarının nəticələri üzrə müqavilə layihələrinin hazırlanmasında, razılaşdırılmasında və müqavilələrin icrasına dair məlumatların toplanmasında iştirak etmək;
  •  Satınalma proseslərində şəffaflıq, rəqabətlilik, obyektivlik, səmərəlilik və məxfilik prinsiplərinə riayət etmək;
  • Fəaliyyət istiqamətinə uyğun olaraq şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər: 

  • Ali təhsil (iqtisadiyyat, maliyyə, idarəetmə, hüquq və digər müvafiq ixtisaslar üzrə təhsilə üstünlük verilir);
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununu və müvafiq normativ hüquqi aktları bilmək;
  • Dövlət satınalmalarının vahid internet portalında sərbəst işləmək bacarığı;
  • Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin “E-Müqavilə” altsistemində sərbəst işləmək bacarığı.

Təklif olunur: 

  • Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
  • Peşəkar inkişaf;
  • Dövlət layihələrində iştirak etmək imkanı.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) şirkətinin digər vakansiyaları

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) vakansiyaları