Konstruktor
Cronos ConstructionBakıda layihə mühəndisi vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Nərimanov
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 30 oktyabr 2026
- Son müraciət tarixi
- 29 noyabr 2026
- Kateqoriya
- Mühəndislik
Vakansiya haqqında
Cronos Construction Bakının Nərimanov rayonunda layihə mühəndisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
“Cronos Construction” MMC peşəkar komandamıza qoşulmaq üçün təcrübəli Konstruktor axtarır.
Vəzifə öhdəlikləri:
- Tikinti layihələri üzrə konstruktiv layihələrin və işçi çertyojların hazırlanması;
- Konstruktiv hesablamaların aparılması;
- Texniki sənədlərin hazırlanması və layihə tələblərinə uyğunluğunun təmin edilməsi;
- Layihələr üzrə texniki məsələlərin həllində iştirak;
- Digər mühəndislik bölmələri ilə koordinasiyanın təmin edilməsi.
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Konstruktor vəzifəsi üzrə 3–5 il iş təcrübəsi;
- Tikinti norma və qaydaları üzrə biliklər;
- AutoCAD və müvafiq layihələndirmə proqramlarında işləmək bacarığı;
- Texniki çertyojları oxumaq və hazırlamaq bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.
İş şəraiti və təminatlar:
- İş qrafiki: 5 günlük iş rejimi, saat 09:00–18:00;
- Rəsmi əmək müqaviləsi;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir.
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Konstruktor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.