Əsas məzmuna keç
GoJob

Metal konstruksiya üzrə mühəndis konstruktor

Xırdalan İnşaat Konstruksiyaları MMCXırdalanda layihə mühəndisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
30 oktyabr 2026
Son müraciət tarixi
29 noyabr 2026
Kateqoriya
Mühəndislik

Vakansiya haqqında

Xırdalan İnşaat Konstruksiyaları MMC Xırdalanda layihə mühəndisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Namizədə dair tələblər:

  • Sərbəst Azərbaycan dili, Rus və İngilis dili arzuolunandı
  • Komputer proqramları 
  • AutoCAD, Tekla Structures, SolidWorks, SAP2000, Microsoft Office
  • Müvafiq sahədə (metal konstruksiyaların layihələndirilməsi üzrə) 3 ildən artıq iş təcrübəsi.
  • Ali texniki təhsil (İnşaat mühəndisliyi, Sənaye və mülki tikinti, Mexanika mühəndisliyi üstünlükdür).
  • Ünsiyyət və analitik düşünmə bacarığı;
  • Komandada işləmək bacarığı;

Vəzifələr:

  • Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlayır.
  • KMD (Konstruksiyalar Metal Detal): Zavod istehsalı və quraşdırma üçün detallı işçi çertyojların, montaj sxemlərinin hazırlanması.
  • Çizgiləri, hazırlanacaq konstruksiyaların texniki tapşırıqlarına, verilmiş standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsini təmin edir. 
  • Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir. 
  • İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır. 
  • Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədləri tərtib edir. 
  • Hazırlanan çertyojların zavodda istehsal prosesinə uyğunluğunu nəzarətdə saxlamaq, istehsalatdan gələn sualları cavablandırmaq.
  • Metal sərfiyyatını optimallaşdırmaqla layihənin maya dəyərini azaltmaq üçün mühəndis həlləri tapmaq;
  • İstehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak edir;
  • Sifarişçilərlə birlikdə layihə üzrə texniki tapşırıqların işlənib hazırlanmasına, eskiz və işçi layihələrinin müvafiq qaydada hazırlanmasına iştirak edir. 

İş şəraiti:

  • İş yeri: Xırdalan şəhəri, Niyazi Əsgərov 36
  • İş qrafiki: 6 günlük
  • İş saatı: 08:00 – 17:00
  • Əmək haqqı: Əmək bazarına uyğun əmək haqqı
  • Nahar: Şirkət tərəfindən təmin edilir
  • Servis: 20 Yanvar dairəsindən və Sumqayıt şəhərindən iş yerinə çatdırılma mövcuddur 

Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə mühəndis konstruktor yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar