Əsas məzmuna keç
GoJob

Müştəri Əlaqələri üzrə Mütəxəssis

Avaz Eşitmə və Nitq MərkəziBakıda müştəri xidmətləri üzrə mütəxəssis vakansiyası

Maaş: 500 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
29 oktyabr 2026
Son müraciət tarixi
28 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Avaz Eşitmə və Nitq Mərkəzi Bakıda müştəri xidmətləri üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

AVAZ Eşitmə və Nitq Mərkəzi müştərilərlə effektiv ünsiyyət qurmaq, sosial media və telefon üzərindən müraciətləri idarə etmək və satışa çevirmək üçün Telesatış və Müştəri Əlaqələri üzrə Mütəxəssis axtarır.

Bu vəzifənin əsas məqsədi – müraciət edən şəxslərlə düzgün ünsiyyət quraraq onları müayinəyə və xidmətlərə yönləndirmək, həmçinin müştəri məmnuniyyətini təmin etməkdir.

Vəzifə öhdəlikləri

  • Sosial media (Instagram, WhatsApp və s.) və telefon vasitəsilə daxil olan müraciətləri operativ və peşəkar şəkildə cavablandırmaq
  • Müştərilərlə əlaqə saxlayaraq onların ehtiyaclarını müəyyən etmək və uyğun xidmətlər təklif etmək
  • Xidmətlər barədə məlumat vermək və müştəriləri müayinəyə yönləndirmək
  • Mesajlaşma və zəng vasitəsilə müştərilərin qeydiyyatını aparmaq, görüşləri planlaşdırmaq
  • Qeydiyyat cədvəli ilə işləmək və müştəri məlumatlarını sistemə daxil etmək
  • Müştərilərlə follow-up (təkrar əlaqə) aparmaq və müraciətlərin nəticəyə çevrilməsini təmin etmək
  • Xidmət almış müştərilərlə əlaqə saxlayaraq məmnunluq səviyyəsini öyrənmək və zəruri hallarda xatırlatmalar etmək
  • Müştəri məmnuniyyətinin artırılmasına dəstək olmaq
  • Vasitəçisi olduğu satış nəticələri üzrə hesabatlar hazırlamaq

Namizədə dair tələblər

  • Satış və ya onlayn müştəri xidməti sahəsində təcrübə üstünlükdür
  • Telefon və yazılı ünsiyyət bacarıqları
  • Sosial media platformaları ilə işləmə bacarığı
  • Azərbaycan dilində sərbəst yazı və danışıq (Rus və İngilis dili üstünlükdür)
  • Məsuliyyətli, diqqətli və nəticə yönümlü (satışa fokuslu) olmaq

Üstünlük veriləcək

  • Satış və ya telesatış təcrübəsi
  • Müştəri xidmətləri sahəsində iş təcrübəsi
  • Tibbi sahədə və ya klinika mühitində təcrübə

İş şərtləri

  • Əmək müqaviləsi əsasında rəsmi əmək münasibətləri
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftədə 6 iş günü
  • İş saatları: Həftə içi 09:00 – 18:00, Şənbə 10:00-14:00
  • Şənbə və bazar günləri, bayram günləri, eləcə də iş saatları xaricində daxil olan zəng və mesajların vaxtında cavablandırılması tələb olunur.
  • Əmək haqqı: 500 AZN

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Müştəri Əlaqələri üzrə Mütəxəssis” qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiyalar