Əsas məzmuna keç
GoJob

Operator (axşam-gecə növbəsi üzrə)

Meqa Sığorta ASCBakıda operator vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
29 oktyabr 2026
Son müraciət tarixi
28 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Meqa Sığorta ASC Bakıda operator axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Struktur bölmə: Biznesin inkişafı departamenti Çağrı Mərkəzi

Vəzifə öhdəlikləri:

  • Gələn zəngləri vaxtında və peşəkar şəkildə cavablandırmaq;
  • Müştərilərin sorğularına cavab vermək və dəqiq məlumat təqdim etmək;
  • Şikayətləri dinləmək, ilkin həllər təklif etmək və müvafiq şöbələrə yönləndirmək;
  • Sığorta məhsulları və xidmətləri haqqında ətraflı və dəqiq məlumat vermək;
  • Müştəri məmnuniyyətinin təmin olunmasına dəstək göstərmək;
  • CRM sistemində müştəri məlumatlarını qeydiyyata almaq və yeniləmək.

Namizədə olan tələblər:

  • Təhsil: Ali və ya orta ixtisas təhsili;
  • İş təcrübəsi: Tələb edilmir;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus və/və ya ingilis dili biliyi arzuolunandır;
  • MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Dəqiq və məsuliyyətli, yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları ilə.

İş şərtləri:

  • Azərbaycan Respublikasının əmək məcəlləsinə əsasən sənədləşmə;
  • İş vaxtı: 40 saat olmaqla 6 günlük iş həftəsi – Axşam-gecə növbəsi;
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19a.

İmtiyazlar:

  • Karyera və peşəkar inkişaf üçün imkanlar;
  • Peşəkar komandada işləmək imkanı;
  • Tibbi sığorta təminatı;
  • Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük;
  • "Meqa Sığorta" ASC-nin Təlim Akademiyasında peşəkar inkişaf üçün təlimlərdə iştirak imkanı.

Zəhmət olmasa, mövzu bölməsində “Operator” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.

Oxşar vakansiyalar