Əsas məzmuna keç
GoJob

Satış meneceri (Aktiv B2B və B2C Satış)

HRENGINEERING MMCBakıda satış meneceri vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
29 oktyabr 2026
Son müraciət tarixi
28 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

HRENGINEERING MMC Bakıda satış meneceri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Yeni müştərilərin aktiv axtarışı, telefon zəngləri, birbaşa əlaqələr və işgüzar görüşlər vasitəsilə satış həyata keçirəcək, satış prosesini ilk əlaqədən müqavilənin bağlanmasına qədər müstəqil idarə edə bilən təcrübəli və nəticəyönümlü Satış Meneceri axtarılır.

Vəzifə öhdəlikləri:

  • Potensial korporativ və fərdi müştəriləri araşdırmaq, yeni satış imkanları yaratmaq;
  • Soyuq zənglər, işgüzar yazışmalar və birbaşa görüşlər vasitəsilə aktiv müştəri cəlbi həyata keçirmək;
  • Korporativ müştərilərin qərarverici şəxsləri ilə əlaqələr qurmaq və görüşlər təşkil etmək;
  • Müştəri ehtiyaclarını müəyyənləşdirmək, uyğun xidmətləri təqdim etmək və kommersiya təklifləri hazırlamaq;
  • Satış danışıqlarını aparmaq, etirazlarla işləmək və müqavilələrin bağlanmasını təmin etmək;
  • Potensial müştərilərlə mütəmadi təkrar əlaqə (follow-up) saxlamaq;
  • Mövcud müştərilər üzrə əlavə və təkrar satış imkanları yaratmaq;
  • Satış fəaliyyətini CRM sistemində qeyd etmək, gündəlik fəaliyyət planına və aylıq satış hədəflərinə uyğun işləmək.

Namizədə tələblər:

  • Aktiv satış, B2B, B2C və ya telesatış sahəsində uğurlu iş təcrübəsi;
  • Yeni müştəriləri müstəqil araşdırmaq və cəlb etmək bacarığı;
  • Soyuq zənglər və birbaşa satış görüşləri keçirməyə hazırlıq;
  • Azərbaycan dilində səlis nitq və peşəkar yazışma bacarığı;
  • Güclü kommunikasiya, təqdimat, inandırma və danışıqlar aparmaq bacarığı;
  • Müştəri etirazlarını idarə etmək və satışı uğurla yekunlaşdırmaq qabiliyyəti;
  • Təşəbbüskar, intizamlı, məsuliyyətli və nəticəyönümlü yanaşma;
  • Gündəlik aktiv satış fəaliyyəti və aylıq satış hədəfləri ilə işləmək bacarığı.
  • Xidmət və təlim sahəsində satış təcrübəsi üstünlükdür.

Əməkhaqqı: Sabit əməkhaqqı + satış nəticələrinə əsaslanan bonus.

CV-lərinizi 077 319 31 36 nömrəsinə göndərə bilərsiniz.

Oxşar vakansiyalar