Əsas məzmuna keç
GoJob

Planlama mühəndisi - Baş Ofis

Avant ConstructionBakıda planlama mühəndisi vakansiyası

Maaş: 2.500 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
28 oktyabr 2026
Son müraciət tarixi
27 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Avant Construction Bakıda planlama mühəndisi axtarır. Tam ştat, maaş 2 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə funksiyaları:

  • Layihə iş qrafiklərinin Primavera P6-da hazırlanması, yenilənməsi və izlənməsi, plandan kənarlaşmaların vaxtında aşkarlanaraq rəhbərliyə çatdırılması.
  • Layihə iş qrafiklərini (Work Schedule) Primavera P6 proqramında hazırlamaq
  • Qrafikləri müntəzəm yeniləmək və baş verən dəyişiklikləri əks etdirmək
  • İş Bölgüsü Strukturunu (WBS) qrafik strukturuna uyğunlaşdırmaq
  • Sahədən daxil olan progress məlumatlarını qrafiklərə daxil etmək və doğruluğunu yoxlamaq
  • Faktiki icra ilə baseline arasındakı fərqləri qeydə almaq
  • Kritik yol (Critical Path) təhlili aparmaq və kritik fəaliyyətləri müəyyən etmək
  • Float (ehtiyat vaxt) göstəricilərini izləmək və Sr. Planning Manager-ə raportlaşdırmaq
  • 2-4 həftəlik Look Ahead Plan-ları hazırlamaq və sahə komandaları ilə paylaşmaq
  • Gündəlik, həftəlik və aylıq planlama hesabatlarını hazırlamaq
  • Qrafik uyğunluğu göstəricilərini (S-Curve, milestone tracking) hazırlamaq
  • Primavera P6 bazasının məlumat bütövlüyünə və düzgün strukturuna nəzarət etmək
  • Planlama sənədlərinin arxivləşdirilməsini təmin etmək

Vəzifəyə olan tələblər:

  • İnşaat Mühəndisliyi (sanaye və mülki tikinti) ixtisası üzrə ali təhsil;
  • İnşaat sahəsi əsasən sənaye və mülki binaların tikintisində minimum 3 il iş təcrübəsi;
  • Kompyuter  biliyi: Word, Excel,MS Project, Primavera və İnternetdə işləmə bacarığı.
  • Azərbaycan,İngilis dillərində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
  • Rəsmi yazışma edə bilmə səviyyəsində ingilis dili bacarığı arzuolunandır;

İş Şəraiti:

  • İş qrafiki: 5 gün, 09:30-18:30
  • İş yeri: Çıraq Plaza (Tiblisi pr 49 C)
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı - 2500-3000 AZN (NET)

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Planlama mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Avant Construction şirkətinin digər vakansiyaları

Avant Construction vakansiyaları