Əsas məzmuna keç
GoJob

Xərclərə Nəzarət üzrə aparıcı mütəxəssis - Caspi Yards layihəsi

Avant ConstructionBakıda xərclərə nəzarət üzrə mütəxəssis vakansiyası

Maaş: 3.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
28 oktyabr 2026
Son müraciət tarixi
27 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Avant Construction Bakıda xərclərə nəzarət üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 3 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə funksiyaları:

  • Layihələr üzrə müqavilə və kommersiya məlumatlarının təhlilində dəyərləndirmə komandasına dəstək göstərmək.
  • Müqavilə qiymətlərini, layihə büdcələrini və zəruri hallarda ayrı-ayrı iş paketləri üzrə qiymətləri təhlil etmək.
  • Layihə sənədləri və müqavilə tələbləri əsasında yerinə yetirilmiş işlərin həcmlərini ölçmək, yoxlamaq və nəticələri təhlil etmək.
  • Tender və sorğu sənədlərində təqdim olunan iş həcmlərinin layihə tələblərinə və texniki sənədlərə uyğunluğunu yoxlamaq.
  • Podratçılar tərəfindən təqdim olunan qiymət təkliflərini və ilkin xərc hesablamalarını araşdırmaq, kommersiya baxımından qiymətləndirmək.
  • Tender və sorğular üzrə maliyyə təkliflərinin müqayisəli təhlilini aparmaq və nəticələr əsasında hesabatlar hazırlamaq.
  • Tender/sorğu mərhələsindən əvvəl layihələr üzrə ilkin xərc və qiymət hesablamalarının hazırlanmasında iştirak etmək.
  • İlkin, aralıq və yekun ödəniş sənədlərini, dəyişikliklərlə bağlı sənədləri və layihə üzrə irəliləyiş məlumatlarını birbaşa rəhbərlə birlikdə yoxlamaq.
  • Podratçıların təqdim etdiyi maliyyə və xərc nəzarəti hesabatlarını təhlil etmək və müqavilə göstəriciləri ilə uyğunluğunu yoxlamaq.
  • Təqdim olunan hesab-fakturaların müqavilə şərtlərinə, təsdiq edilmiş iş həcmlərinə və digər ödəniş tələblərinə uyğunluğunu qiymətləndirmək.
  • Layihələr üzrə pul vəsaitlərinin hərəkəti (Cash Flow) proqnozlarının hazırlanmasında iştirak etmək və müvafiq hesabatları rəhbərliyə təqdim etmək.
  • Layihələrin maliyyə və kommersiya göstəricilərinin monitorinqində iştirak etmək.
  • Podratçıların irəli sürdüyü iddia və əlavə ödəniş tələblərini araşdırmaq, onların yaranma səbəblərini və maliyyə təsirlərini təhlil etmək.
  • İddialar üzrə aparılmış təhlillərin nəticələrini sistemləşdirmək və rəhbərliyə təqdim etmək.
  • Layihələrin dəyərləndirilməsi və kommersiya qiymətləndirilməsi prosesində layihə komandası ilə koordinasiyalı şəkildə zəruri hesablamaları və yoxlamaları həyata keçirmək.
  • Layihələr üzrə maliyyə planlarının hazırlanmasında iştirak etmək, faktiki nəticələrə və layihənin gedişatına uyğun olaraq planları mütəmadi yeniləmək.
  • Layihə üzrə kommersiya, xərc və ödəniş məlumatlarının dəqiqliyinin təmin edilməsində iştirak etmək.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil- İnşaat, mühəndislik,iqtisadiyyat üzrə bakalavr və ya ekvivalent dərəcə.
  • Müvafiq vəzifədə ən az 4 il təcrübə.
  • Mülki tikinti və ya tikinti layihələrinin kommersiya/xərc idarəetməsi sahəsində təcrübə üstünlükdür
  • Azərbaycan, İngilis dillərində şifahi və yazılı ünsiyyət, Rus dili biliyi arzu olunandır.
  • Təşkilati idarəetmə, planlama, və təşkiletmə bacarığı; 

Əmək şəraiti:

  • İş qrafiki: 6 gün 
  • Nahar şirkət tərəfindən təmin edilir
  • İş yeri: 8 Noyabr pr
  • Əmək Haqqı: 3000-4000 AZN net

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Xərclərə nəzarət üzrə aparıcı mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Avant Construction şirkətinin digər vakansiyaları

Avant Construction vakansiyaları