Proseslərin standartlaşdırılması üzrə aparıcı mütəxəssis (Xudat)
Foodcity AgroparkBakıda proseslərin standartlaşdırılması üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Könüllü
- Dərc olunub
- 3 noyabr 2026
- Son müraciət tarixi
- 3 dekabr 2026
- Kateqoriya
- İstehsalat və Kənd Təsərrüfatı
Bakı şəhərində İstehsalat və Kənd Təsərrüfatı üzrə vakansiyalar
Vakansiya haqqında
Foodcity Agropark Bakıda «Proseslərin standartlaşdırılması üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Könüllü iş. Müraciət birbaşa işəgötürənə göndərilir.
Tələblər:
- Qida məhsullarının mühəndisliyi, qida təhlükəsizliyi, standartlaşdırma və sertifikasiya, metrologiya və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- ISO 9001, ISO 22000, ISO 14001, ISO 45001 və digər beynəlxalq standartlar üzrə biliklər;
- Keyfiyyət idarəetmə sistemləri və daxili audit prosesləri üzrə biliklər;
- Prosedurların, təlimatların və digər sistem sənədlərinin hazırlanması və idarə olunması bacarığı;
- MS Office proqramları üzrə yaxşı səviyyədə biliklər;
- Azərbaycan dilini əla, rus və ingilis dillərini orta səviyyədə bilmək;
- Analitik düşünmə, ünsiyyət, planlaşdırma və komanda ilə işləmək bacarıqları.
Vəzifə öhdəlikləri:
- Beynəlxalq standartların tələblərinə uyğun prosedurların, təlimatların, proseslərin və digər sistem sənədlərinin hazırlanmasını və yenilənməsini təmin etmək;
- Şirkətdə tətbiq olunan sənədlərin qeydiyyatının və dövriyyəsinin aparılmasına, habelə sənədlərin aktual versiyalarının istifadəsinə nəzarət etmək;
- İllik audit planına uyğun daxili auditlər keçirmək, nəticələri təhlil etmək və rəhbərliyə təqdim etmək;
- Auditlər və proseslərin fəaliyyəti zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün düzəldici və qabaqlayıcı tədbirləri təşkil etmək və izləmək;
- Keyfiyyət hədəfləri üzrə göstəriciləri təhlil etmək, nəticələrə dair hesabatlar hazırlamaq;
- Şirkətdə beynəlxalq standartların tətbiqini, idarəetmə sistemlərinin davamlı fəaliyyətini və təkmilləşdirilməsini təmin etmək;
- Sertifikatlaşdırma auditlərində iştirak etmək və standartların tələblərinə uyğunluğun qorunmasına dəstək göstərmək;
- İşçilər üçün standartlar, keyfiyyət idarəetmə sistemləri və prosedurların tətbiqi ilə bağlı metodoloji dəstək göstərmək;
- Biznes proseslərinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması ilə bağlı təkliflər hazırlamaq.
İş şərtləri və əlavə üstünlüklər:
- İş yeri: Xudat şəhəri;
- Könüllü tibbi sığorta (3 ay sonra);
- “Dəyərlisən” mobil tətbiqi – PAŞA Loyallıq platforması.
Vakansiya ilə bağlı “Proseslərin standartlaşdırılması üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiyalar
Bakıda keyfiyyətə nəzarət üzrə mühəndis vakansiyasıWorkplace Interiors LLC, Bakı
Bakıda sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə mütəxəssis vakansiyasıAFFA, Bakı, Xətai
Bakıda reporting specialist vakansiyasıBaku Shipyard LLC, Bakı, Qaradağ
Bakıda əməliyyatlar üzrə mütəxəssis vakansiyasıPARLA Pharmaceuticals, Bakı