Əsas məzmuna keç
GoJob

Reception

Avant ConstructionBakıda resepşionist vakansiyası

Maaş: 1.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
13 oktyabr 2026
Son müraciət tarixi
12 noyabr 2026

Bakı şəhərində İnsan Resursları üzrə vakansiyalar

Vakansiya haqqında

Avant Construction Bakıda resepşionist axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə funksiyaları:

  • Müştəriləri, qonaqları və ofisə gələn ziyarətçiləri qarşılamaq və onları peşəkar şəkildə yönləndirmək;
  • Reception funksiyalarını yerinə yetirmək və yüksək səviyyəli müştəri xidmətini təmin etmək;
  • Satış şöbəsinə gündəlik inzibati və əməliyyat dəstəyi göstərmək;
  • Görüşlərin, təqdimatların və digər müştəri tədbirlərinin təşkilində Satış menecerlərinə kömək etmək;
  • Sənədlərin hazırlanması, çapı, skan edilməsi, çeşidlənməsi və arxivləşdirilməsini həyata keçirmək;
  • İmzalanmış müqavilələrin və digər sənədlərin skan edilməsini, sistemləşdirilməsini və müvafiq qaydada saxlanılmasını təmin etmək;
  • Tələb olunan sənədlərin mövcudluğuna və düzgünlüyünə nəzarət etmək;
  • Gündəlik inzibati və ofis məsələləri üzrə Satınalma (Procurement) şöbəsi ilə əməkdaşlıq etmək;
  • Təqdimatların, qiymət siyahılarının, kommersiya təkliflərinin və digər satış materiallarının hazırlanmasına dəstək göstərmək;
  •  Müştərilər üçün zəruri sənədləri hazırlamaq və çap etmək;
  • Zərurət yarandıqda daxili sistemlərə və CRM platformasına məlumatları daxil etmək və yeniləmək;
  • Satış şöbəsi ilə digər struktur bölmələr arasında sənəd dövriyyəsini əlaqələndirmək;
  • Satış menecerlərinə gündəlik iş proseslərində operativ dəstək göstərmək;
  • Satış ofisində nizam-intizamı və iş mühitinin təşkilini təmin etmək;
  • Rəhbərlik və satış şöbəsi tərəfindən verilən cari inzibati tapşırıqları yerinə yetirmək.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • İş Təcrübəsi: Office Administrator, Receptionist, Customer Service Specialist və ya oxşar vəzifələrdə iş təcrübəsi üstünlükdür;
  • Müştərilərlə, xüsusilə premium seqment müştəriləri ilə iş təcrübəsi;
  • Azərbaycan dilində  və rus dili şifahi və yazılı ünsiyyət bacarığı;(ingilis dil üstünlükdür)
  • Yüksək kommunikasiya bacarıqları və peşəkar təqdimat görünüşü;
  • MS Office proqramlarından, xüsusilə Word və Excel-dən sərbəst istifadə bacarığı;
  • CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür;
  • Eyni vaxtda bir neçə tapşırığı yerinə yetirmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı;
  • Dinamik iş mühitində sakitliyi və peşəkarlığı qorumaq bacarığı;

İş Şəraiti:

  • İş qrafiki: 5 günlük
  • İş saatları: 10:00 – 19:00
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı 1000-1200 AZN 

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Reception” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Avant Construction şirkətinin digər vakansiyaları

Avant Construction vakansiyaları