Əsas məzmuna keç
GoJob

Texniki Ofis və Sənədləşmə üzrə mütəxəssis

Modern Engineering Bureau of AzerbaijanBakıda sənədlərə nəzarət üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı, Xətai
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
29 oktyabr 2026
Son müraciət tarixi
28 noyabr 2026

Bakı şəhərində Ofis və İnzibati işlər üzrə vakansiyalar

Vakansiya haqqında

Modern Engineering Bureau of Azerbaijan Bakının Xətai rayonunda sənədlərə nəzarət üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri

  • Tikinti layihələri üzrə texniki sənədləşmə işlərini həyata keçirmək;
  • Layihə çertyojlarını və texniki sənədləri nəzərdən keçirmək, uyğunluğunu yoxlamaq;
  • Tikinti-quraşdırma işlərinin həcmlərini hesablamaq və smeta sənədlərini hazırlamaq;
  • Görülmüş işlər üzrə Forma-2 sənədlərini hazırlamaq və podratçılardan daxil olan sənədləri yoxlamaq;
  • Faktiki iş həcmlərini layihə və smeta göstəriciləri ilə müqayisə etmək;
  • Podratçı və subpodratçıların təqdim etdiyi iş həcmlərinə və ödəniş sənədlərinə (hakediş) nəzarət etmək;
  • Satınalma sifarişlərinin, müqavilələrin və ödəniş sənədlərinin müvafiq prosedurlara uyğunluğunu izləmək;
  • Texniki hesabatların, aktların və digər layihə sənədlərinin hazırlanmasını təmin etmək;
  • Layihə rəhbərləri, sahə mühəndisləri və digər struktur bölmələri ilə koordinasiyalı işləmək;
  • Texniki sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək.

Namizədə tələblər

  • Memarlıq, inşaat mühəndisliyi və ya müvafiq mühəndislik ixtisası üzrə ali təhsil;
  • Tikinti sahəsində texniki ofis və sənədləşmə üzrə minimum 3 il iş təcrübəsi;
  • Layihə çertyojlarını oxumaq və iş həcmlərini hesablamaq bacarığı;
  • Smeta və Forma-2 sənədlərinin hazırlanması üzrə praktiki təcrübə;
  • Podratçıların iş həcmlərinin və ödəniş sənədlərinin yoxlanılması üzrə biliklər;
  • AutoCAD və MS Office (xüsusilə Excel) proqramlarında işləmək bacarığı;
  • Analitik düşünmə, diqqətlilik, məsuliyyətlilik və komandada işləmək bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Modern Engineering Bureau of Azerbaijan şirkətinin digər vakansiyaları

Modern Engineering Bureau of Azerbaijan vakansiyaları