Sahə rəisi
VeysəloğluBakıda sahə rəisi vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Nizami
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 12 oktyabr 2026
- Son müraciət tarixi
- 11 noyabr 2026
- Kateqoriya
- Mühəndislik
Vakansiya haqqında
Veysəloğlu Bakının Nizami rayonunda sahə rəisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Əsas Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində işlərin layihə və texniki tələblərə uyğun icrasına nəzarət etmək;
- İşçi heyətinin və subpodratçıların fəaliyyətini koordinasiya etmək;
- Gündəlik iş planlarını hazırlamaq və icrasını izləmək;
- Tikinti işlərinin keyfiyyətinə, təhlükəsizlik qaydalarına və əmək mühafizəsi tələblərinə riayət olunmasını təmin etmək;
- Material, texnika və işçi qüvvəsinin səmərəli istifadəsini təşkil etmək;
- Görülən işlər üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Layihə qrafikinə uyğun olaraq işlərin vaxtında tamamlanmasını təmin etmək.
Əsas Tələblər:
- İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Sahə rəisi vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Tikinti norma və qaydaları, layihə sənədləri ilə işləmə bacarığı;
- AutoCAD və Microsoft Office proqramlarında işləmək bacarığı;
- Tikinti proseslərinin planlaşdırılması və idarə edilməsi üzrə biliklər;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.
İş şərtləri:
- İş məkanı: Azure Biznes Mərkəzi
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (həftəiçi)
- Nahar: Təmin edilir
- Servis Xidməti Mövcuddur
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Sahə rəisi” yazmaqla, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.