Satış Meneceri (Korporativ Satış)
Bəyaz Flora MMCBakıda satış meneceri vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 26 oktyabr 2026
- Son müraciət tarixi
- 25 noyabr 2026
- Kateqoriya
- Satış və Ticarət
Vakansiya haqqında
Bəyaz Flora MMC Bakıda satış meneceri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Dərman və kimyəvi məhsulların istehsalı ilə məşğul olan müəssisəmizə təcrübəli və nəticəyönümlü Satış Meneceri tələb olunur.
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00 (Şənbə və Bazar – istirahət günü)
- İş yeri / Ünvan: - Bakı şəhəri, Fatmayi qəsəbəsi
- Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı + Satışdan bonuslar (Müsahibə əsasında təyin olunur)
Vəzifə öhdəlikləri:
- Müəssisənin istehsal etdiyi dərman vasitələrinin şirketlərə satışını təşkil etmək;
- Potensial korporativ müştərilərin (şirkətlər, müəssisələr, şəbəkələr, xəstəxanalar, təmizlik şirkətləri, topdansatış obyektləri) axtarışı və yeni müştəri bazasının formalaşdırılması;
- Müştərilərlə işgüzar görüşlərin, təqdimatların və danışıqların keçirilməsi;
- Kommersiya təkliflərinin hazırlanması, müqavilələrin bağlanması və icrasına nəzarət olunması;
- Müştəri tələbatlarının öyrənilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
- Satış planının yerinə yetirilməsi və dövrü hesabatların rəhbərliyə təqdim edilməsi.
Namizədə verilən tələblər:
- Təhsil: Ali təhsil (Kimya, Əczaçılıq, Biznesin idarə edilməsi, Marketing və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
- Təcrübə: Satış sahəsində minimum 1–3 il iş təcrübəsi;
- Müəssisələr, xəstəxanalar, təmizlik şirkətləri, topdansatış obyektləri və digər korporativ müştərilərlə işləmək bacarığı;
- Ünsiyyət, danışıqlar aparmaq və təqdimat etmək bacarıqlarının yüksek səviyyədə olması;
- Müştəri bazasını genişləndirmək və yeni əməkdaşlıqlar qurmaq qabiliyyəti;
- MS Office proqramlarında (Excel, Word, Outlook və s.) sərbəst işləmək bacarığı;
- Nəticəyönümlülük, məsuliyyətlilik və komandada işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "Satış Meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri və ya əlaqə nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Əlaqə nömrəsi: +994 (55) 222-97-18
Oxşar vakansiyalar
Bakıda korporativ satış və ixrac üzrə mütəxəssis vakansiyası"Unimetal" Məhdud Məsuliyyətli Cəmiyyət, Bakı, Nərimanov
Bakıda satış təmsilçisi vakansiyasıLoto Marketinq və Konsaltinq, Bakı
Bakıda satış kanalları üzrə bölmə rəhbəri vakansiyasıSupertoys, Bakı
Bakıda kommersiya direktoru vakansiyasıKarat Holdinq MMC, Bakı