Əsas məzmuna keç
GoJob

Topoqraf köməkçisi

Capital ConstructionBakıda topoqraf vakansiyası

Maaş: 800 ₼-dən / ay

Yerləşmə
Bakı, Nəsimi
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
3 oktyabr 2026
Son müraciət tarixi
2 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Capital Construction Bakının Nəsimi rayonunda topoqraf axtarır. Tam ştat, maaş 800 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə Öhdəlikləri:

  • Sahə işləri zamanı topoqrafa texniki dəstəyin göstərilməsi və ölçmə proseslərində aktiv iştirak edilməsi;
  • Topoqrafik cihazların quraşdırılmasında, daşınmasında və istifadəsində köməkliyin göstərilməsi;
  • Sahədə aparılan ölçmələrin dəqiq qeydlərinin aparılması və ilkin məlumatların toplanılması;
  • Ölçmə nəticələrinin emalına köməkliyin göstərilməsi, sxem və hesabatların hazırlanmasında iştirak;
  • Sahə ölçmələrinin mövcud norma və təlimatlara uyğun sənədləşdirilməsində topoqrafa kömək edilməsi;
  • Cihazların gündəlik texniki qulluğunun icrası, onların təhlükəsiz saxlanmasının və daşınmasının təmin edilməsilməsi;
  • Sahə işlərində istifadə olunan avadanlıqların düzgün və təhlükəsiz istifadəsinin təmin edilməsi.

Namizədə tələblər:

  • Geodeziya, topoqrafiya və ya əlaqəli sahə üzrə təhsil mütləqdir;
  • Müvafiq işdə minimum 1 il təcrübə;
  • Topoqrafik ölçmə cihazları ilə işləməyə maraq və öyrənməyə açıq olmaq;
  • Komandada işləmə bacarığı və məsuliyyətli yanaşma;
  • Açıq sahədə və səyyar şəraitdə işləməyə fiziki uyğunluq;
  • Texniki düşüncə və diqqətli olmaq.
  • AutoCAD, MS Office (xüsusilə Excel) və GIS proqramları üzrə ilkin biliklər üstünlükdür.

İş şəraiti: 

  • İş yeri: Lökbatan qəs. və Şəki şəhəri/Qəbələ şəhəri (Şəki və ya Qəbələ şəhərində yaşayan namizədlər üçün)
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 800-900 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Topoqraf köməkçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Capital Construction şirkətinin digər vakansiyaları

Capital Construction vakansiyaları