Əsas məzmuna keç
GoJob

İşə qəbul üzrə mütəxəssis

Baku Steel CompanyBakıda işə qəbul üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
13 oktyabr 2026
Son müraciət tarixi
12 noyabr 2026

Bakı şəhərində İnsan Resursları üzrə vakansiyalar

Vakansiya haqqında

Baku Steel Company Bakıda işə qəbul üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Təsvir

  • Açıq vakansiyalar üzrə namizədlərin müxtəlif işə qəbul platformaları vasitəsilə axtarışını və seçimini həyata keçirmək;
  • Daxil olan CV-ləri təhlil etmək, uyğun namizədləri müəyyənləşdirmək və ilkin seçim prosesini aparmaq;
  • Namizədlərlə müsahibələri təşkil etmək, müsahibələrdə iştirak etmək və qiymətləndirmə prosesini həyata keçirmək;
  • Struktur bölmə rəhbərləri ilə əməkdaşlıq edərək vakansiyalar üzrə namizəd ehtiyaclarını müəyyənləşdirmək;
  • Namizədlərin peşəkar bilik, bacarıq və səriştələrini müvafiq qiymətləndirmə üsulları ilə dəyərləndirmək;
  • Seçilmiş namizədlər üzrə iş təkliflərini hazırlamaq və işə qəbuldan əvvəlki prosedurları koordinasiya etmək;
  • İşə qəbul proseslərinə dair məlumatların sistematik qeydiyyatını aparmaq və müvafiq hesabatları hazırlamaq;
  • İşə qəbul proseslərinin təkmilləşdirilməsi və namizəd bazasının genişləndirilməsi istiqamətində fəaliyyət göstərmək.

Tələblər

  • Ali təhsil (İnsan resursları, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar üzrə);
  • İşə qəbul sahəsində minimum 2 il iş təcrübəsi;
  • İngilis dili – yaxşı, rus dili – səlis səviyyədə;
  • Namizədlərin axtarışı, seçimi və müsahibələrin aparılması üzrə praktiki bilik və bacarıqlar;
  • LinkedIn və digər işə qəbul platformalarından istifadə bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;
  • HRM/ERP sistemləri (1C, SAP, Oracle və s.) ilə iş təcrübəsi üstünlükdür;
  • Əmək qanunvericiliyinin işə qəbul prosesləri ilə bağlı əsas müddəaları üzrə biliklər;
  • Güclü kommunikasiya, analitik düşünmə, təşkilatçılıq və komanda ilə işləmə bacarıqları

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Rəqabətli əmək haqqı;
  • Təlimlər

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Baku Steel Company şirkətinin digər vakansiyaları

Baku Steel Company vakansiyaları