Skip to content
GoJob

İstehsalat rəhbəri (İmişli)

Toyuq N1 MMCProduction manager job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 28, 2026
Apply before
November 27, 2026

Manufacturing & Agriculture jobs in Baku

About this job

Toyuq N1 MMC is hiring a production manager in Baku. Full-time. Apply directly to the employer.

Əsas tələblər

  • Ali təhsil (qida mühəndisliyi və ya baytarlıq sahəsində olması arzuolunandır);
  • İstehsalat sahəsində (quş əti emalı və ya kəsim müəssisəsində) 3-5 il iş təcrübəsi;
  • İstehsalat rəhbəri və ya növbə rəhbəri kimi idarəetmə təcrübəsi;
  • Quş əti (toyuq) kəsim xəttinin texnoloji proseslərini praktiki bilmək;
  • BRC, IFS, ISO 22000 (HACCP) və halal kəsim standartlarını bilmək;
  • MS Office programlarından istifadə;

Vəzifə öhdəlikləri

  • Günlük, həftəlik və aylıq istehsal (kəsim) planlarını hazırlamaq;
  • İstehsal (kəsim) planlarının vaxtında həyata keçirilməsini təmin etmək;
  • Kəsim xəttinin məhsuldarlığına və fasiləsiz işləməsinə nəzarət etmək;
  • İstehsalat itkilərinini minimumda saxlamaq;
  • İstehsalat avadanlıqlarından düzgün və təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək;
  • İstehsalat avadanlıqlarının texniki vəziyyətinə gündəlik nəzarət etmək;
  • BRC, IFS, ISO 22000 (HACCP) və halal kəsim standartlarını bilmək və tətbiq etmək;
  • HACCP planının və kritik nəzarət nöqtələrinin tələblərinə riayət olunmasını təmin etmək;
  • Tabeçiliyində çalışan işçilərin istehsalat sahəsində (kəsimxanada) keyfiyyət standartlarına əməl etməsinə nəzarət etmək;
  • Tabeçiliyində çalışan işçilərin istehsalat sahəsində (kəsimxanada) əməyin təhlükəsizliyi, yanğın təhlükəsizliyi və biotəhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət etmək;
  • İstehsal (kəsim) proseslərini, istehsalat (kəsimxana) prosedur və qaydalarını hazırlamaq;
  • İstehsalatda (kəsimxanada) çalışan işçiləri istehsal (kəsim) texnologiyaları, biotəhlükəsizlik və keyfiyyət standartları haqqında təlimatlandırmaq;
  • İstehsal (kəsim) üçün göndərilən ev quşlarının (toyuqların) kəsimxanaya qəbulunu həyata keçirmək;
  • Keyfiyyətə nəzarət, baytarlıq, anbar və texniki şöbə ilə daima koordinasiyalı çalışmaq;
  • İstehsalat hesabatlarını, xammal sərfini və məhsul balansını hazırlamaq;
  • Günlük, həftəlik, aylıq və s.istehsalat hesabatlarını hazırlamaq, rəhbərliyə və əlaqədar strukturlara təqdim etmək.

İş yeri İmişli rayonundadır. 

Maraqlanan namizədlərdən mövzu yerində vakansiya adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. 

Similar jobs