İstehsalat rəhbəri (İmişli)
Toyuq N1 MMCBakıda istehsalat rəhbəri vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 28 oktyabr 2026
- Son müraciət tarixi
- 27 noyabr 2026
- Kateqoriya
- Sənaye və Kənd Təsərrüfatı
Vakansiya haqqında
Toyuq N1 MMC Bakıda istehsalat rəhbəri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Əsas tələblər
- Ali təhsil (qida mühəndisliyi və ya baytarlıq sahəsində olması arzuolunandır);
- İstehsalat sahəsində (quş əti emalı və ya kəsim müəssisəsində) 3-5 il iş təcrübəsi;
- İstehsalat rəhbəri və ya növbə rəhbəri kimi idarəetmə təcrübəsi;
- Quş əti (toyuq) kəsim xəttinin texnoloji proseslərini praktiki bilmək;
- BRC, IFS, ISO 22000 (HACCP) və halal kəsim standartlarını bilmək;
- MS Office programlarından istifadə;
Vəzifə öhdəlikləri
- Günlük, həftəlik və aylıq istehsal (kəsim) planlarını hazırlamaq;
- İstehsal (kəsim) planlarının vaxtında həyata keçirilməsini təmin etmək;
- Kəsim xəttinin məhsuldarlığına və fasiləsiz işləməsinə nəzarət etmək;
- İstehsalat itkilərinini minimumda saxlamaq;
- İstehsalat avadanlıqlarından düzgün və təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək;
- İstehsalat avadanlıqlarının texniki vəziyyətinə gündəlik nəzarət etmək;
- BRC, IFS, ISO 22000 (HACCP) və halal kəsim standartlarını bilmək və tətbiq etmək;
- HACCP planının və kritik nəzarət nöqtələrinin tələblərinə riayət olunmasını təmin etmək;
- Tabeçiliyində çalışan işçilərin istehsalat sahəsində (kəsimxanada) keyfiyyət standartlarına əməl etməsinə nəzarət etmək;
- Tabeçiliyində çalışan işçilərin istehsalat sahəsində (kəsimxanada) əməyin təhlükəsizliyi, yanğın təhlükəsizliyi və biotəhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət etmək;
- İstehsal (kəsim) proseslərini, istehsalat (kəsimxana) prosedur və qaydalarını hazırlamaq;
- İstehsalatda (kəsimxanada) çalışan işçiləri istehsal (kəsim) texnologiyaları, biotəhlükəsizlik və keyfiyyət standartları haqqında təlimatlandırmaq;
- İstehsal (kəsim) üçün göndərilən ev quşlarının (toyuqların) kəsimxanaya qəbulunu həyata keçirmək;
- Keyfiyyətə nəzarət, baytarlıq, anbar və texniki şöbə ilə daima koordinasiyalı çalışmaq;
- İstehsalat hesabatlarını, xammal sərfini və məhsul balansını hazırlamaq;
- Günlük, həftəlik, aylıq və s.istehsalat hesabatlarını hazırlamaq, rəhbərliyə və əlaqədar strukturlara təqdim etmək.
İş yeri İmişli rayonundadır.
Maraqlanan namizədlərdən mövzu yerində vakansiya adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.