Skip to content
GoJob

Satınalma Departamentinin Direktoru

Avant ConstructionSatınalma departamentinin direktoru job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 6, 2026
Apply before
December 6, 2026

Logistics, Warehouse & Procurement jobs in Baku

About this job

Avant Construction is hiring for the role “Satınalma Departamentinin Direktoru” in Baku. Full-time. Apply directly to the employer.

Avant Group tikinti layihələri və korporativ ehtiyaclar üzrə satınalma strategiyasının formalaşdırılması, tender proseslərinin effektiv idarə edilməsi və təchizat zəncirinin optimallaşdırılması istiqamətində komandamıza rəhbərlik edəcək Satınalma Departamentinin Direktorunu axtarır.

Vəzifənin əsas məqsədi satınalma proseslərinin şəffaf, rəqabətli və büdcəyə uyğun təşkilini, layihələrin vaxtında və fasiləsiz təchizatını, həmçinin kommersiya baxımından optimal şərtlərin əldə edilməsini təmin etməkdir.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin satınalma strategiyasını və illik satınalma planını formalaşdırmaq, icrasına rəhbərlik etmək;
  • Tikinti layihələri üzrə satınalma ehtiyaclarını, büdcələri və layihə qrafiklərini təhlil edərək satınalma prioritetlərini müəyyənləşdirmək;
  • Tender paketlərinin hazırlanmasını və komplektləşdirilməsini koordinasiya etmək; BOQ, texniki spesifikasiyalar, çertyoj siyahıları, RFQ və kommersiya sənədlərinin aidiyyəti bölmələrlə uzlaşdırılmasını təmin etmək;
  • Tender və kotirovka proseslərini təşkil etmək, təchizatçıların seçimi və kommersiya təkliflərinin qiymətləndirilməsinə rəhbərlik etmək;
  • Təchizatçılarla kommersiya danışıqları aparmaq, qiymət, ödəniş, çatdırılma və zəmanət şərtlərinin optimallaşdırılmasını təmin etmək;
  • Satınalma qərarlarının təsdiq edilmiş büdcə, prosedur və səlahiyyət bölgüsünə uyğunluğuna nəzarət etmək;
  • Layihə komandaları ilə koordinasiyada material və avadanlıqların vaxtında çatdırılmasını, təchizat risklərinin müəyyən edilməsini və idarə olunmasını təmin etmək;
  • Təchizatçıların fəaliyyətini qiymətləndirmək, satınalma xərclərini və qənaət imkanlarını təhlil etmək;
  • Satınalma komandasının fəaliyyətini idarə etmək, əməkdaşların performansını və peşəkar inkişafını təmin etmək.

Namizədə tələblər

  • İqtisadiyyat, biznesin idarə edilməsi, mühəndislik, logistika, təchizat zəncirinin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Satınalma və təchizat sahəsində minimum 8 il iş təcrübəsi, bunun ən azı 5 ili rəhbər vəzifədə;
  • Tikinti layihələri üzrə satınalma və tender proseslərinin idarə edilməsində praktiki təcrübə;
  • Tender paketlərinin hazırlanması, BOQ və texniki sənədlərin koordinasiyası, RFQ prosesləri və kommersiya təkliflərinin müqayisəli qiymətləndirilməsi üzrə təcrübə;
  • Təchizatçılarla kommersiya danışıqlarının aparılması və müqavilə şərtlərinin razılaşdırılması bacarığı;
  • Satınalma büdcəsinin idarə edilməsi, xərclərin optimallaşdırılması və təchizat risklərinin idarə olunması üzrə biliklər;
  • ERP sistemləri və MS Excel üzrə yüksək səviyyədə bilik;
  • Azərbaycan dilini sərbəst bilmək, ingilis dili üzrə minimum B2 səviyyəsi; rus dili biliyi üstünlükdür;
  • CIPS və ya digər beynəlxalq satınalma sertifikatlarının olması üstünlükdür.

Biz nə təklif edirik?

  • Strateji əhəmiyyətli rəhbər vəzifədə çalışma imkanı;
  • Böyükmiqyaslı tikinti və inkişaf layihələrinin satınalma proseslərinə rəhbərlik etmək imkanı;
  • Peşəkar və dinamik iş mühiti;
  • Rəqabətədavamlı əməkhaqqı və korporativ imkanlar.

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satınalma Departamentinin Direktoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at Avant Construction

Jobs at Avant Construction