Texniki sənədləşmə üzrə mütəxəssis (Zəif axın və təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə)
Stark Technology MMCDocument controller job in Baku
Salary: from 900 ₼ / month
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 20, 2026
- Views
- 647
- Applications
- 38
- Apply before
- December 20, 2026
- Category
- Office & Administration
About this job
Stark Technology MMC is hiring a document controller in Baku. Full-time, salary 900 AZN. Apply directly to the employer.
Vəzifə öhdəlikləri
- Sahələrdən daxil olan texniki məlumatların yoxlanılması, uyğunsuzluqların dəqiqləşdirilməsi və müvafiq texniki sənədlərdə düzgün əks olunmasının təmin edilməsi;
- Layihələr üzrə görülmüş işlərin faktiki həcmlərinin texniki məlumatlar və sahə göstəriciləri əsasında sənədləşdirilməsi, Forma 2 (yerinə yetirilmiş işlərin aktı) sənədlərinin tələb olunan standartlara uyğun tərtib edilməsi və təsdiqə təqdim edilməsi;
- Zəif axın və təhlükəsizlik sistemləri avadanlıqlarının yerləşmə planının AutoCAD proqramında hazırlanması;
- Layihə qrupu və quraşdırma heyəti ilə koordinasiyalı şəkildə işləyərək, onların təqdim etdiyi texniki tapşırıqlara və sahə dəyişikliklərinə əsasən mövcud layihə çertyojlarına müvafiq düzəliş və əlavələrin edilməsi (AutoCAD).
Tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə olması üstünlükdür);
- Xanım və bəy namizədlər;
- AutoCAD-proqramında işləmək bacarığı;
- MC office proqramlarında sərbəst işləmək bacarığı;
- İşində məsuliyyətli, operativ və dəqiq olmaq;
- Komandada koordinasiyalı işləmə qabiliyyəti.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- 5 günlük iş həftəsi;
- Əmək haqqı 900-1200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Texniki sənədləşmə üzrə mütəxəssis (Zəif axın və təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.