Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Texniki sənədləşmə üzrə mütəxəssis (Zəif axın və təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə)

Stark Technology MMCBakıda sənədlərə nəzarət üzrə mütəxəssis vakansiyası

Maaş: 900 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
20 noyabr 2026
Baxış
647
Müraciət
38
Son müraciət tarixi
20 dekabr 2026

Bakı şəhərində Ofis və İnzibati işlər üzrə iş elanları

Vakansiya haqqında

Stark Technology MMC Bakıda sənədlərə nəzarət üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 900 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri

  • Sahələrdən daxil olan texniki məlumatların yoxlanılması, uyğunsuzluqların dəqiqləşdirilməsi və müvafiq texniki sənədlərdə düzgün əks olunmasının təmin edilməsi;
  • Layihələr üzrə görülmüş işlərin faktiki həcmlərinin texniki məlumatlar və sahə göstəriciləri əsasında sənədləşdirilməsi, Forma 2 (yerinə yetirilmiş işlərin aktı) sənədlərinin tələb olunan standartlara uyğun tərtib edilməsi və təsdiqə təqdim edilməsi;
  • Zəif axın və təhlükəsizlik sistemləri avadanlıqlarının yerləşmə planının AutoCAD proqramında hazırlanması;
  • Layihə qrupu və quraşdırma heyəti ilə koordinasiyalı şəkildə işləyərək, onların təqdim etdiyi texniki tapşırıqlara və sahə dəyişikliklərinə əsasən mövcud layihə çertyojlarına müvafiq düzəliş və əlavələrin edilməsi (AutoCAD).

Tələblər:

  • Ali təhsil (müvafiq sahə üzrə olması üstünlükdür);
  • Xanım və bəy namizədlər;
  • AutoCAD-proqramında işləmək bacarığı;
  • MC office proqramlarında sərbəst işləmək bacarığı;
  • İşində məsuliyyətli, operativ və dəqiq olmaq;
  • Komandada koordinasiyalı işləmə qabiliyyəti.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • 5 günlük iş həftəsi;
  • Əmək haqqı  900-1200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Texniki sənədləşmə üzrə mütəxəssis (Zəif axın və təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Stark Technology MMC şirkətinin digər vakansiyaları

Stark Technology MMC vakansiyaları