Əsas məzmuna keç
GoJob

İsmayıllı filialı üçün Filial müdiri

FinexKredit BOKTBakıda filial müdiri vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
30 sentyabr 2026
Son müraciət tarixi
30 oktyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

FinexKredit BOKT Bakıda filial müdiri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Namizədə dair tələblər

  • iqtisadiyyat və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 2 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 3 illik iş təcrübəsinin olması;
  • Bank, BOKT və ya Lombard sahəsində minimum 3 illik təcrübə;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı.
  • Kreditlərin verilməsinə dair qayda, prosedur, təlimatları bilmək
  • Qızıldan anlayışı olmaq
  • Lombard krediti üzrə təcrübəsi olmaq
  • təhsil və yaxud sertifikatlaşdırılmış kurs, akademiya və s. təcrübədə iştirak etmək
  • Yaş: 30-45
  • Dil bilikləri: Azərbaycan dili (əla), 
  • Diqqətli və Operativ olması
  • Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı

İş barədə məlumat

  • Filialın ümumi fəaliyyətini təşkil və idarə etmək, strateji və operativ hədəflərin icrasını təmin etmək; 
  • Kreditləşmə prosesinə nəzarət etmək, verilən kreditlərin keyfiyyətini  və risk səviyyəsini daim izləmək; 
  • Kredit portfelinin strukturunu, gecikmələri və problemli kreditləri mütəmadi təhlil etmək və müvafiq tədbirlər görmək; 
  • Filial üzrə aktivlərin, o cümlədən kredit portfelinin təhlükəsizliyini və qorunmasını təmin etmək; 
  • Kassa əməliyyatlarının düzgün aparılmasına, nağd vəsaitlərin uçotu və saxlanmasına nəzarət etmək; 
  • Mühasibat uçotu və hesabatlılığın düzgünlüyünü təmin etmək, Baş ofisə vaxtında və dəqiq hesabatların təqdim edilməsinə nəzarət etmək; 
  • Azərbaycan Respublikası Mərkəzi Bankının normativ tələblərinə, daxili qayda və prosedurlara riayət olunmasını təmin etmək; 
  • ƏL/TMM (AML/CFT) tələblərinin icrasına nəzarət etmək, şübhəli əməliyyatların aşkar olunması və bildirilməsi prosesini təşkil etmək; 
  • Daxili nəzarət sisteminin effektivliyini təmin etmək, əməliyyat risklərini minimuma endirmək; 
  • İşçi heyətinin idarə olunmasını, iş bölgüsünü və əmək intizamına riayət edilməsini təmin etmək; 
  • Müştəri xidmətlərinin keyfiyyətinə nəzarət etmək və müştəri məmnuniyyətini artırmaq üçün tədbirlər görmək; 
  • Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan məlumat və sənədlərin təqdim edilməsini təmin etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək; 
  • Filial üzrə maliyyə nəticələrinin (gəlir, xərc, mənfəət) təhlilini aparmaq və optimallaşdırma tədbirləri həyata keçirmək.

Əmək haqqı

  • Razılaşma yolu ilə.

Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Filial müdiri - İsmayıllı filialı” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

FinexKredit BOKT şirkətinin digər vakansiyaları

FinexKredit BOKT vakansiyaları