Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Marketinq Baş Mütəxəssisi

MAYAK ResidenceBakıda marketinq mütəxəssisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Orta maaş: 1 000 AZN

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
4 noyabr 2026
Baxış
715
Müraciət
26
Son müraciət tarixi
4 dekabr 2026

Bakı şəhərində Marketinq və PR üzrə iş elanları

Vakansiya haqqında

MAYAK Residence Bakıda marketinq mütəxəssisi axtarır. Tam ştat, ofisdə iş. Vakansiyada 9 tələb göstərilib; müraciət e-poçtla, birbaşa işəgötürənə.

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
  • İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi)

İşin Təsviri:

  • Şirkətin marketinq strategiyasının və fəaliyyət planlarının hazırlanmasında iştirak etmək, təsdiq edilmiş planların icrasını təşkil və koordinasiya etmək;
  • Broşür, kataloq, flayer, billboard və digər çap materiallarının dizayn və istehsal proseslərinin sifariş verilməsi və icrasına nəzarət;
  • Reklam agentlikləri, çap evləri, media nümayəndələri və digər təchizatçılarla işgüzar işgüzar yazışmalar və tapşırıqların icrasının koordinasiyası;
  • Təchizatçılardan kommersiya təkliflərini toplamaq, müqayisəli təhlil aparmaq, büdcə və xərc optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
  • Açıq hava reklamlarının planlaşdırılması, reklam yerlərinin seçilməsi, sifarişi, istehsalı və quraşdırılması proseslərini koordinasiya etmək;
  • Reklamların təsdiq edilmiş qrafikə, dizayn standartlarına və layihə tələblərinə uyğun yerləşdirilməsini təmin etmək;
  • Marketinq komandası ilə birlikdə tədbirlərin, təqdimatların, sərgilərin və digər tanıtım fəaliyyətlərinin planlaşdırılmasında və təşkilində iştirak etmək;
  • Daxili və xarici tədbirlər, eləcə də yeni layihələr üçün zəruri marketinq və reklam materiallarının hazırlanmasını koordinasiya etmək;
  • Layihələr üzrə marketinq fəaliyyətlərinin vahid vizual üsluba və korporativ brend standartlarına uyğunluğunu təmin etmək;
  • Rəqəmsal marketinq, sosial media və məzmun yaradılması fəaliyyətlərinin ümumi marketinq strategiyası ilə uzlaşdırılmasında iştirak etmək;
  • Marketinq fəaliyyətlərinin nəticələrini, büdcə istifadəsini və kampaniyaların effektivliyini təhlil etmək, müvafiq hesabatlar və təkmilləşdirmə təklifləri hazırlamaq;

Tələblər

  • Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq və ya reklam sahəsində minimum 3 il iş təcrübəsi;
  • Marketinq strategiyasının planlaşdırılması, reklam kampaniyalarının təşkili və layihələrin idarə edilməsi üzrə praktiki təcrübə;
  • Rəqəmsal marketinq alətləri (Google Ads, Meta Business, SEO və s.) haqqında biliklər;
  • Sosial media idarəçiliyi və məzmun yaradılması sahəsində təcrübə;
  • Kreativ düşüncə, güclü analitik bacarıq və təşəbbüskarlıq qabiliyyəti;
  • Microsoft Office proqramlarında (xüsusilə Excel və PowerPoint) işləmə bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ingilis dili bilikləri üstünlükdür;
  • Tikinti sahəsində marketinq üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Marketinq Mütəxəssisi” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

MAYAK Residence şirkətinin digər vakansiyaları

MAYAK Residence vakansiyaları

MAYAK Residence haqqında

Aktiv vakansiya
2
Son 6 ayda
11
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • smetaçı
  • marketinq mütəxəssisi
  • planlama mühəndisi
  • texniki ofis mühəndisi

MAYAK Residence vakansiyaları: hazırda GoJob-da 2 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən smetaçı, marketinq mütəxəssisi, planlama mühəndisi və texniki ofis mühəndisi vəzifələrinə işçi axtarır. Son 6 ayda MAYAK Residence şirkətində iş üçün 11 vakansiya dərc olunub. MAYAK Residence işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

MAYAK Residence: bütün vakansiyalar (2)

«Marketinq Baş Mütəxəssisi» vakansiyası haqqında suallar

MAYAK Residence hansı şərtləri təklif edir?

  • İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
  • İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi)

Hamısı: «İş şəraiti»

MAYAK Residence namizəddən nə tələb edir?

  • Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq və ya reklam sahəsində minimum 3 il iş təcrübəsi;
  • Marketinq strategiyasının planlaşdırılması, reklam kampaniyalarının təşkili və layihələrin idarə edilməsi üzrə praktiki təcrübə;

Hamısı: «Tələblər»

Maaş nə qədərdir?

GoJob-da Bakıda marketinq mütəxəssisi vakansiyalarında orta maaş 1 000 AZN-dir (son 3 ayda 9 vakansiya). Maaş müsahibədə razılaşdırılır; adətən 800–2 000 AZN.

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.