Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Xarici Satınalma üzrə Aparıcı Mütəxəssis

BERC GroupBakıda satınalma üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Orta maaş: 1 000 AZN

Yerləşmə
Bakı, Nəsimi
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
23 noyabr 2026
Baxış
696
Müraciət
29
Son müraciət tarixi
23 dekabr 2026

Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə iş elanları

Vakansiya haqqında

BERC Group Bakının Nəsimi rayonunda satınalma üzrə mütəxəssis axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.

FLARM MMC komandasına “Xarici Satınalma üzrə Aparıcı Mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir. 

İş barədə məlumat:

  • Xarici təchizatçılar (istehsalçılar, rəsmi distribyutorlar və ticarət şirkətləri) ilə yazılı və şifahi danışıqların aparılması, kommersiya şərtlərinin (qiymət, ödəniş, çatdırılma müddəti, zəmanət və s.) razılaşdırılması
  • Xaricdən mal və xidmətlərin satınalma prosesinin planlaşdırılması, təşkili və icrasına tam nəzarət; sifarişlərin vaxtında və düzgün yerinə yetirilməsinin təmin edilməsi
  • Qiymət təkliflərinin (quotation, proforma invoice və s.) toplanması, texniki və kommersiya baxımından müqayisəli təhlilinin aparılması və optimal təchizatçı seçiminin əsaslandırılması
  • Satınalma müqavilələrinin, sifariş formalarının və digər aidiyyəti sənədlərin hazırlanması, hüquqi və maliyyə şərtlərinə uyğunluğunun yoxlanılması, müqavilə öhdəliklərinin icrasına nəzarət
  • Mövcud və potensial təchizatçıların araşdırılması, qiymətləndirilməsi və təsdiqlənməsi; təchizatçı bazasının yaradılması, sistemləşdirilməsi və mütəmadi yenilənməsi
  • Satınalma xərclərinin azaldılması və proseslərin səmərəliliyinin artırılması məqsədilə bazar araşdırmalarının aparılması və optimallaşdırma üzrə təkliflərin hazırlanması
  • Satınalma əməliyyatları üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması, rəhbərliyə analitik məlumatların və tövsiyələrin təqdim edilməsi
  • Beynəlxalq ticarət qaydaları, Incoterms, ödəniş formaları (LC, TT və s.) üzrə əməliyyatların düzgün icrasına nəzarət
  • Daxili şöbələrlə (maliyyə, anbar, logistika, istehsalat və s.) koordinasiyalı şəkildə işləyərək satınalma proseslərinin fasiləsizliyinin təmin edilməsi

Vəzifəyə dair tələblər:

  • Təcrübə: Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.
  • Təhsil: Ali təhsil (iqtisadiyyat, logistika və ya müvafiq sahələr).

Texniki səriştələr:

  • Azərbaycan dili, ingilis dili və rus dili(yüksək səviyyədə)biliyi;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;

Davranış səriştələri:

  • Güclü ünsiyyət və danışıqlar aparma bacarığı
  • Analitik və strateji düşünmə qabiliyyəti
  • Məsuliyyətlilik və nəticəyönümlülük
  • Vaxtın düzgün idarə olunması və prioritetləşdirmə bacarığı
  • Komandada işləmək və müxtəlif şöbələrlə effektiv əməkdaşlıq bacarığı
  • Etik davranış və məxfilik prinsiplərinə sadiqlik
  • Detallara diqqət və yüksək iş intizamı
  • Təşəbbüskarlıq və davamlı inkişaf istəyi

FLARM MMC sizə nə vəd edir?

  • Rəqabət qabiliyyətli əmək haqqı (tarif maaşı + bonus);
  • Korporativ nömrə və danışıq paketi.

Əmək haqqı namizədin bilik və bacarığına əsasən 1000-1400 manat olaraq müəyyənləşdiriləcək.

“FLARM " MMC təkər və ehtiyat hissələrinin satışı üzrə fəaliyyət göstərən dinamik şirkətdir.

Ünvan:

  • Bakı, Abşeron rayonu, Saray qəsəbəsi, Bakı–Sumqayıt yolu (20-ci km, Saray postuna çatmamış, 20 yanvar və Beynəlxalq Avtovağzaldan Saray və Sumqayıt istiqamətində gedən avtobusların dayanacağı iş yerimizdən 200-250 m məsafədə yerləşir.)

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

BERC Group şirkətinin digər vakansiyaları

BERC Group vakansiyaları

BERC Group haqqında

Aktiv vakansiya
2
Son 6 ayda
16
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • təlimçi
  • xadimə
  • full stack developer
  • ofis meneceri
  • satınalma üzrə mütəxəssis

BERC Group vakansiyaları: hazırda GoJob-da 2 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən təlimçi, xadimə, full stack developer, ofis meneceri və satınalma üzrə mütəxəssis vəzifələrinə işçi axtarır. Son 6 ayda BERC Group şirkətində iş üçün 16 vakansiya dərc olunub. BERC Group vakansiyalarında maaş adətən 500–550 AZN arasındadır. BERC Group işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

BERC Group: bütün vakansiyalar (2)

«Xarici Satınalma üzrə Aparıcı Mütəxəssis» vakansiyası haqqında suallar

Maaş nə qədərdir?

GoJob-da Bakıda satınalma üzrə mütəxəssis vakansiyalarında orta maaş 1 000 AZN-dir (son 3 ayda 27 vakansiya). Vakansiyada maaş göstərilməyib; Bakıda satınalma üzrə mütəxəssis vakansiyalarında adətən 800–1 500 AZN təklif olunur.

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı, Nəsimi.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.